Rusiya Azərbaycan tərəfindən irəli sürülmüş Qəbələ RLS –in icarə şərtlərini tamamiləqəbuledilməz hesab edir və heç bir zaman bu şərtləri qəbul etməyəcək. Bu barədə”İnterfaks –AVN” agentliyinə çərşənbə günü Baş Qərargahdan yüksək vəzifəli mənbə məlumat verib
“Dekabr ayında müddəti başa çatan Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarda Azərbaycan tərəfi özünün ilkin mövqeyini kəskin dəyişərək radarın icarəsi üçün 2013-cü il yanvarın 1-dən etibarən ildə $300 mln. tələb edib.Azərbaycanın bu tələbləri qəbuledilməzdir və biz belə şərtlərlə heç vaxt razılaşmayacağıq”.- deyə agentliyin bu yaxınlarda Qəbələ RLS üzrə Rusiya- Azərbaycan danışıqlarında iştirak etmiş müsahibi bildirib
O xatırladıb ki, hazırda bu stansiyanın icarəsi ildə $7 mln. təşkil edir.
Qəbələ RLS üzrə danışıqların birinci raundu 2012-ci ildə baş tutub.Danışıqlarda Rusiya tərəfini
Müdafiə Naziri Anatoli Serdyukov, Azərbaycan tərəfini baş nazirin müavini Yaqub Eyubov təmsil edib.
Danışıqların davam etdirilməsi üzrə mayda təşkil olunmuş ikinci raundda Rusiya Federasiyasını müdafiə nazirinin müavini Anatoli Antonov təmsil edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Daryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
Xəbər verildiyi kimi,RF-nin müdafiə naziri Anatoli Serdyukov 2011-ci il iyul ayında Bakıda keçirilən danışıqlarda Qəbələ RLS –in icarəsi barədə yeni müqavilənin işlənib hazırlanması barədə razılığa gəlib.
Ekspertlərin qiymətləndirməsinə görə,Qəbələ RLS Rusiya RƏM sisteminin vacib elementidir. stansiya cənub istiqamətindən ehtimal olunan hər hansı raket zərbələri barədə öncədən xəbərdarlığı təmin edir.Rusiya ABŞ-a Qəbələ RLS-dən RƏM maraqları əsasında birgə istifadə etmək təklifi verib.
RF-nin Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsinin məlumatına əsasən Y.Eyubov və A.Serdyukov arasında baş tutan danışıqlar zamanı müvafiq ikitərəfli sənədin hazırlanması və vaxtında imzalanması məqsədi ilə sözügedən məsələylə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə edilib.
Daha əvvəl 2011-ci ilin noyabr ayında A.Serdyukov bəyan etmişdi ki,Rusiya Qəbələ RLS – i tamamilə yenidən qurmağı planlaşdırır.