Gömrük İttifaqına daxil olan ölkələr Avropa İttifaqına bənzər vahid antiinhisar orqan yarada bilərlər. Bu barədə Rusiya Federal Antiinhisar Xidmətinin rəisi İqor Artemyev jurnalistlərə bəyan edib.
“Bundan başqa, biz (Rusiya, Belarus və Qazaxıstan – İF-Az) Gömrük İttifaqı çərçivəsində vahid antiinhisar qanunvericiliyin, həmçinin Gömrük Məcəlləsinin yaradılmasına tərəfdarıq”, - deyə İ.Artemyev bildirib.
Bu sahədə cinayətkarlıqla mübarizədə danışan FAX rəisi qeyd edib ki, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası bu yaxınlarda İnterpolu beynəlxalq kartellərin fəaliyətinin təhqiqatına cəlb edə bilər.
“Əgər ümumi problemlər qeyd edilsə, ilk növbədə iqtisadi sistemlərin (MDB ölkələrinin – İF-Az) həddən artıq inhisarçılığını qeyd etmək olar. Bununla əlaqədar digər ölkələrdən fərqli olaraq biz daha artıq səylər sərf etməli oluruq. Bundan başqa, bizim ölkələrdə bəzi institutlar yalnız yeni deyil, həm də korrupsiya kimi maneəni aşmaq məcburiyyətində qalırlar. Bu səbəbdən biz birgə səy göstərməli, həmçinin qanunvericiliyi təkmilləşdirməliyik”, - deyə o vurğulayıb.
“Biz ya problemlərin aşkarlanması və həlli üçün naviqasiya sistemi yaratmalı, ya da dairə ətrafında dövr edərək “o” nöqtəsinə qayıdacağıq. Bu mənada ən yaxşı beynəlxalq, Avrasiya İttifaqının təcrübəsinə, MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasına istiqamətlənməliyik, çünki onun üzvləri bir çox oxşar cəhətləri olan keçmiş SSRİ ölkələridir. Biz bir-birimizə bəzən məsləhətlər, bəzən isə birbaşa yardım ilə kömək etməliyik”, - deyə İ.Artemyev əlavə edib.
Onun sözlərinə görə, yalnız bazar rəqabəti iqtisadiyyatın səmərəli inkişafına gətirə bilər. “Buna yalnız dövlət dəstəyi, bəzən isə məcburiyyət yolu ilə nail olmaq mümkündür, bu isə insanlara xidmət edən iqtisadiyyatın səmərəli inkişafına gətirə bilər. Əks təqdirdə iqtisadiyyat dövlət-inhisarçı və s. olacaq”, - deyə FAX rəisi qeyd edib.