Azərbaycanda 2006-cı ildən keçirilən “Məzun” işədüzəltmə yarmarkaları 3 mindən artıq insanın işlə təmin olunmasına kömək edib.Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, əvvəllər yarmarkada işə götürən qismində yalnız kommersiya bankları iştirak edirdilər.Hazırda işə götürənlərin siyahısında aralarında 80-dən çox şirkətin olduğu dövlət və özəl strukturların adları var
“Bu yarmarka “Azərbaycan gəncliyi 2011-2013-cü illərdə” Dövlət Proqramının bir hissəsidir və biz əminik ki, məzunların və gənclərin nümayəndələrinin işə düzəlməsi üzrə iş gələcəkdə də aktiv şəkildə davam etdiriləcək”.- deyə nazir söyləyib.
“Məzun” əmək yarmarkası çərşənbə günü Bakıda gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir
Yarmarkada 35 ali məktəbin məzunları üçün 800-dən çox iş yeri təklif olunur.
İşə gtötürənlər arasında Gürcüstan, Türkiyə, Rusiya,Kanada şirkətləri də var.