Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin Rumıniyanın “Olteniya” Dövlət Filarmoniyasında konserti olub. Bu barədə Bakı. şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Konsert Rumıniya Mədəniyyət Nazirliyi, Krayova şəhər meriyası və Olteniya Dövlət Filarmoniyası tərəfindən təşkil edilib.
Xüssusilə bu konsert üçün Əyyub Quliyevin idarəçiliyi ilə Olteniya Filarmonik Orkestrinin ifasında Azərbaycan, Avropa və Cənubi Amerika musiqilərindən nümunələr səsləndirilib. İlk dəfə Rumıniyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturası ifa olunub.
Konsertin instrumental bölməsində məşhur rumın zərb ifaçısı, Buxarest Filarmonik Orkestrinin solisti Aleksandru Anastasiunun ifasında tanınmış Braziliya bəstəkarı Ney Rozauronun Vibrafon və orkestr üçün konserti təqdim edilib.