Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Chirag Oil Project (COP)-in reallaşdırılması çərçivəsində tikinti işlərini 70% yerinə yetirib.Bu barədə layihənin meneceri İlqar Məmmədov jurnalistlərə çərşənbə axşamı məlumat verib.
“Layihə çərçivəsində tikinti işlərinin artıq 70%-dən çoxu yerinə yetirilib.Layihənin $6 mlrd. təşkil üdən ümumi xərclərindən qazma xərcləri $2 mlrd. tikinti işlərinə çəkilən xərclər isə
$4 mlrd. təşkil edəcək.Hazırda bu vəsaitlərin 70%-i sərf edilib”,- deyə İ.Məmmədov “İnterfaks- Azərbaycan”agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, platformanın üst tikililərinin inşası üzrə işlər 84% yerinə yetirilib.”İşlər plan üzrə gedir və üst tikililərin dənizə quraşdırılacağı yerə göndərilməsi 2013-cü ilin aprel ayına planlaşdırılır”,- deyə o bildirib.
İ.Məmmədovun dediyinə görə platformanın dayak blokunun işləri 88% yerinə yetirilib bu hussənin dənizə göndərilməsi 2012-ci ilin dekabr ayında gözlənilir.
O həmçinin bildirib ki, platformadan sahilə çəkiləcək sualtı boruların izolyasiya işləri tamamilə başa çatdırılıb.Boruların çəkilməsi işləri 2012-ci ilin üçüncü rübündə başlanılacaq.
“Azəri”, “Çıraq” və “Dərinsulu Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları: BP (Böyük Britaniya - 35,78% - operator), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), “Hess” (2,72%) şirkətləri, Azərbaycanın SOCAR (11,65%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “ITOCHU Oil” (4,3%), Norveçin “Statoil” (8,56%) və Türkiyənin “TPAO” (6,75%) şirkətlərdir
“Çıraq” yatağından neft hasilatına 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 21-dən, “Günəşli” yatağının dərinsulu hissəsindən isə 2008-ci il aprelin əvvəllərindən neft hasilatına başlanılıb.
AÇG layihəsinin səhmdarları 2010-cu ilin mart ayında Сhirag Oil Project çərçivəsində tikinti işlərinin başladılmasını sanksiyalaşdırıblar.Bu layihə çərçivəsində 360 mln barel neft hasilatı planlaşdırılır.
Сhirag Oil Project “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsidir və “Çıraq” yatağının qərb hissəsində neft hasilatını, “Çıraq -1” və “Dərinsulu Günəşli” platformaları arasında dənizin 170 metr dərinliyində yerləşəcək yeni “Qərbi Çıraq” qazma və yaşayış platformasının inşasını və qurulmasını nəzərdə tutur. “Qərbi Çıraq” platformasından sutkalıq neft hasilatı 160-185 min barel həcmində gözlənilir.