Bir qrup avropalı konfliktoloq Ağdam bölgəsinə rəsmi səfər edib və orada məskunlaşmış məcburi köçkünlərlə görüşüb. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Görüşün əsas məqsədi təmas xəttində yaşayan məcburi köçkünlərin yaşam tərzi ilə tanış olmaqdır.
Nümayəndə heyətinə İtaliyanın Trento və Lyublyana universitetlərinin, eləcə də İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun alimləri daxil olub. Onlar bir gün əvvəl Bakıda “Avropada milli azlıqlar: “Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.