Azərbaycan 2020-ci ildə futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün namizədliyə haqq qazanmaq üçün mübarizə aparmaq niyyətindədir.Gənclər və idman naziri Azad Rəhimov belə bəyan edib.
“Biz 2020-ci il Avropa Çempionatının Azərbaycanda keçirilməsinə bütün məsuliyyətimizlə yanaşırıq.Biz 2020 –ci il Olimpiya Oyunlarının keçirilməsinə də hazır idik, bu futbol turnirinin keçirilməsinə də hazırıq”.-deyə nazir bildirib.Onun sözlərinə görə,bunun üçün Bakıda və regionlarda UEFA-nın tələblərinə cavab verən stadionlar tikilməlidir.
A.Rəhimov qeyd edib ki, Azərbaycan 2020-ci il futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün layiqli namizədlik təqdim edəcək.
İyunun 30-da 2020-ci il futbol üzrə Avropa Çempionatının keçirilməsi üçün bütün namizədlər müəyyən ediləcək.
Nazirin jurnalistlərlə söhbəti “Azərbaycan gənclərinin 2011-2015-ci illərdə inkişafı” Dövlət Proqramının həyata keçirilməsi üzrə Koordinasiya Şurasının birinci iclasından öncə baş tutub.”Bu gün ölkə gənclərinə diqqət keyfiyyətcə yeni səviyyəyə çatıb.Gənclik siyasəti sahəsində bir çox proqramlar həyata keçirilib, 20-dən çox normativ akt qəbul edilib,çoxlu işlər görülüb”,- deyə A.Rəhimov iclasda bildirib.
Nazir qeyd edib ki, adı çəkilən proqrama hazırlıq zamanı gənclərdən , o cümlədən xaricdə təhsil alan azərbaycanlı tələbələrdən 2 mindən çox təklif daxil olub.Bütün bu təkliflər öyrənilib və dövlət proqramına daxil edilib .