Azərbaycan Beynəlxalq Bankı (ABB) yaradılmasının 20 illiyi ilə əlaqədar uşaqlar arasında beynəlxalq futbol turniri keçirəcək. Bu barədə bankın məlumatında deyilir.
Turnir iyunun 25-dən 30-dək Mərdəkandakı "Dalğa Arena" stadionunda keçiriləcək.
Turnirdə 8 ölkədən 13-14 yaşlılardan ibarət uşaq komandaları iştirak edəcək. Azərbaycanı "İnter" komandası təmsil edəcək. Turnirin digər iştirakçıları arasında "Rubin" (RF), "Karpatı" (Ukrayna), "Kotkas" (Estoniya), "Samsunspor" (Türkiyə), "Dinamo Tbilisi" (Gürcüstan), "Slaviya" (Bolqarıstan) və "Brommapojkarna" (İsveç) var.
Yarış AFFA və Bakı Futbol Federasiyasının təşkilati və texniki dəstəyi, "İnter" futbol klubunun təşkilati dəstəyi və ABB-nin sponsorluğu ilə keçirilir.