Azərbaycan-İran münasibətləri möhkəmdir və bu münasibətlərdə hansısa ciddi böhran yoxdur. Bu barədə İranın keçmiş vitse-prezidenti Həsən Qafuri Fərd bəyan edib.
"İran və Azərbaycan arasında heç bir problem yoxdur, hər iki dövləti vahid tarix və din birləşdirir", - deyə o, cümə günü Bakıda jurnalistlərə bildirib.
Q.Fərd vurğulayıb ki, İran-Azərbaycan münasibətləri İran-Ermənistan münasibətlərindən daha möhkəmdir.
Keçmiş vitse-prezident qeyd edib ki, İranda əhalinin 30%-dən çoxu Azərbaycan dilində danışır, onların bir çoxu ölkə rəhbərliyində təmsil olunub və hətta ölkənin ali dini lideri Əli Xamenei azərbaycanlıdır.