Ələt qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər həlak olub. Bu barədə cümə günü ANS telekanalı xəbər verir.
Yol-nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan yolunun 58-ci kilometrliyində baş verib. Üç avtomobilin - "KamAZ" yük maşını, "Opel" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-21011" markalı avtomobilin sürücüsü və iki sərnişini həlak olub, ağır yaralanmış bir sərnişini isə xəstəxanaya çatdırılıb.
Telekanalın məlumatına görə, bu gecə Bakı-Quba-Rusiya yolunun 119-cu kilometrliyində Şabran rayonunda yol qəzası baş verib. “Mitsubishi” markalı avtomobilin sürücüsü, Vəlvələkənd kənd sakini velosipedçini - Xaçmaz rayonu Çılqır kəndinin 30 yaşlı sakinini vurub. Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.