Rusiya və ya Federasiyanın subyektləri Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA) işində iştirak edə bilərlər. Bu barədə TürkPA-nın baş katibi Ramil Həsənov bəyan edib.
“Əgər Rusiyanın rəsmi strukturu olan Federasiya Şurası RF-nin türdilli subyektlərinin TürkPA-nın fəaliyyətində müşahidəçi və ya qonaq qismində iştirakına müsbət münasibət bildirsə, o zaman məsələ həll ediləcək”, - deyə R.Həsənov bildirib.
“TürkPA-da müşahidəçi və ya qonaq qismində Rusiyanın özü də iştirak edə bilər, çünki bu təşkilatımızın müddəasında nəzərdə tutulub”, deyə TürkPA-nın baş katibi əlavə edib.
Bu məsələdə əsas Rusiyanın Federasiya Şurasının mövqeyi olmalıdır.
Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə Protokol 2009-cu ilin fevralında dörd ölkə - Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstanın qanunvericilik orqanlarının nümayəndələri tərəfindən İstanbulda imzalanıb. Protokol imzalanandan sonra bu dövlətlərin parlament başçılarının birinci sammiti keçirilib.