Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin bölməsinin təsis yığıncağı keçiriləcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
İyunun 27-də keçiriləcək yığıncaqda Azərbaycan nümayəndə heyətinə QMİ sədrinin birinci müavini müfti Salman Musayev başçılıq edəcək.
Bundan başqa, yığıncaqda Azərbaycanın Tiflisdəki səfirliyinin nümayəndələri iştirak edəcəklər.