“SOCAR-Georgia Gas” şirkəti 2009-2012-ci illər ərzində Gürcüstanda 128 min abonenti qazlaşdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Şirkətinin məlumatına görə, “SOCAR-Georgia Gas” iyunun 21-də Gürcüstanın Xaşuri rayonunun Zemo Osiauri kəndinə qaz kəmərinin çəkilişini başa çatdırıb. Bu kəndə qaz verilməsi mərasimində Gürcüstanın prezidenti Mixail Saakaşvili iştirak edib. Zemo Osiauri kəndinə qaz verilməsi üçün 7,3 kilometr uzunluğunda qaz kəməri çəkilib, 260 abonent qazlaşdırılıb.
İndiyədək “SOCAR-Georgia Gas” Xaşuri rayonunda 4445 ev qazlaşdırıb. 38,4 kilometr uzunluğunda qaz şəbəkəsi istifadəyə verilmiş, görülən işlər nəticəsində lmışdır. 2012-ci ilin sonunadək bu rayonda daha 8 341 abonentin qazla təmin edilməsi planlaşdırılır, bu səbəbdən 162 kilometr uzunluğunda qaz xətti çəkiləcək.
Ümumilikdə, 2009-2012-ci illər ərzində “SOCAR-Georgia Gas” tərəfindən Gürcüstanda ümumilikdə 2 050 kilometrlik qaz xətləri çəkilib və 128 min abonent qazlaşdırılıb.