Argentina Senatında Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiq edilib. Bu barədə Azərbaycanın Buenos-Ayresdəki səfirliyinin məlumatında deyilir.
13 senatordan beş nəfəri qrupa ilk dəfədir daxil olur. Yaxın günlərdə dostluq qrupunun yeni tərkibdə ilk iclası keçiriləcək və onun gedişində qrupun rəhbərliyi seçiləcək.
Xəbər verildiyi kimi, bu yaxınlarda Argentina Milli Konqresində də analoji qrupun yeni tərkibi təsdiq edilib.