Azərbaycan Mərkəzi Bankı (AMB) “Bestcomp Group” şirkətini kompüter, şəbəkə, server avadanlığı və proqram təminatı tədarükü üzrə tenderin qalibi elan edib.Bu barədə “İnterfaks -Azərbaycan”agentliyinə AMB-dən məlumat verilib.
“İyunun 22-də AMB və “Bestcomp Group” şirkəti arasında müvafiq komputer, şəbəkə, server avadanlığı, eləcə də proqram təminatı tədarükü üzrə müqavilə imzalanıb”.- deyə bankın nümayəndəsi bildirib
Tenderin şərtlərinə əsasən, kompüter, şəbəkə avadanlığı və proqram təminatı müqavilə bağlandığı andan etibarən 30 gün ərzində, server avadanlığı 45 gün ərzində çatdırılmalıdır.