Vergilər Nazirliyinin əməkdaşları Nəsimi və Yasamal rayonları ərazisindəki iki obyektdə qanunsuz olaraq kompyuter vasitəsilə uduşlu oyunların təşkil olunduğunu aşkar ediblər. Bu barədə nazirliyin məlumatında deyilir.
Operativ vergi nəzarəti tədbirləri zamanı Yasamal rayonunda Mehdi Əliyevə məxsus obyektdən belə oyunların keçirildiyi 12 ədəd kompüter dəsti götürülüb.
Bundan başqa, Nəsimi rayonunda "Qalatasaray" klubunda qanunsuz mərc (totalizator) oyunlarının keçirildiyi müəyyən edilib.
Araşdırma zamanı hər iki obyektdən “qara mühasibatlıq” sənədləri, müvafiq qeydlərin aparıldığı dəftər və bloknotlar götürülüb.