Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirmə üçün açıq olan bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi planları ilə əlaqədar məsləhətçi seçir. Bu barədə idarədən məlumat verilib.
Tenderdə iştirak etmək üçün yerli və xarici təşkilatlar, dövlət müəssisələrinin özəlləşdirilməsi üzrə təkliflərin hazırlamnası üçün fiziki şəxsləri dəvət edir.
Məsləhətçi xüsusilə tenderlə nəzərdə tutulan dövlət müəssisəsini özəlləşdirməyə hazırlamalı, onların özəlləşdirmə öncəsi restrukrurlaşması üzrə tövsiyələrini təqdim etməlidir.
Məsləhətçi seçimində aşağıdakı meyarlara diqqət yetirilir: xidmətlərin qiyməti, iddiaçıların təklif etdikləri iş planı və onun icra üsulları, ixtisaslaşma, təcrübə və kadr tərkibinin vəzifələri.
Tender iştirak etmək istəyən şirkətlər müvafiq maliyyə, texniki və kadr imkanlarına malik olmalıdırlar.
Şirkətlər tender təklifinin dəyərinin 2%-i məbləğində bank zəmanəti ilə müşayiət edilən təkliflərini avqustun 7-nə qədər təqdim etməlidirlər.
Tender prosedurub avqustun 9-da keçiriləcək.