Azərbaycan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Suriya tərəfindən vurulmasını pisləyir.
“Hesab edirik ki, bu regionda gərginliyin azalmasına kömək etməyəcək.Biz bu insidenti diqqətlə araşdırmağa çağırırıq”-deyə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bazar ertəsi brifinqdə bildirib.
Xəbər verildiyi kimi, Suriya Hava Hücumundan Müdafiə Qüvvələri cümə günü Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni ölkənin ərazi suları üzərində vurub.Təyyarə Suriyanın Latakiya əyalətindən bir neçə kilometr məsafədə dənizə düşüb.Təyyarədəki iki pilot itkin düşüb.
Türkiyə tərəfi iddia edir ki, bu kəşfiyyat təyyarəsi olub və heç bir silah daşımayıb.