2012-ci ilin may ayında Bakının ilkin daşınmaz əmlak bazarında qiymətlər aprel ayı ilə müqayisədə 1 kv.m üçün 0,8% - 819,9 manata qədər aşağı düşüb. Bu barədə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin saytında məlumat verilir.
“2011-ci il mayın əvvəlinə olan göstərici ilə müqayisədə orta qiymət 2,3%, 2012-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə isə 3,3% azalıb”, - deyə məlumatda bildirilir.
2012-ci ilin may ayında birlik tərəfindən Bakıda 150 tikinti şirkəti tərəfindən 420 yeni binanın tikilməsi qeydə alınıb.