SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti -ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2012-ci ilin yanvar- may aylarında ümumi uzunluğu 526,8 km olan qaz kəmərləri çəkib.Bu barədə İB-in məlumatında bildirilir.
22,4 km. qaz kəməri Bakı şəhərində.503 km regionlarda çəkilib.Daha 1,4 km magistral qaz xətlərinin payına düşür
Ümumilikdə, “Azəriqaz”fəaliyyət göstərdiyi dövr ərzində ümumi uzunluğu 10 321,8 km-ə bərabər olan qaz kəmərləri çəkib. O cümlədən Bakıda 612,2 km, regionlarda 9541,1 km, magistral kəmərlərdə 168,5 uzunluqda qaz kəməri çəkilib.
2012-ci il yanvar- may ayları ərzində “Azəriqaz” 259,3 km uzunluqda qaz kəmərini əsaslı təmir edib ki, bundan 103,7 km Bakının,134 km regionların, 21,6 km magistral kəmərlərin payına düşür