Çərşənbə axşamı İstanbulda Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəmərinin (Trans Anadolu Pipeline, TANAP) tikinti layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Bu barədə Azərbaycanın rəsmi mətbuatı məlumat verib.
Sənədi Azərbaycan Prezidenti İlham Əiyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Sazişi həmçinin sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız imzalayıblar.
TANAP layihə şirkətində təşkilati məsələlərə dair BOTAS və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) arasında ilkin saziş Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və BOTAS-ın baş direktorunun müavini Mehmet Konuk imzalayıblar.
Türkiyə höküməti ilə Trans-Anadolu qaz kəmərinin şirkəti arasında “sahib-ölkənin höküməti sazişi”ni Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız, TANAP şirkəti adından - ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev imzalayıblar.
Xəbər verildiyi kimi, TANAP-da 20% BOTAS-ın, 80% - SOCAR-ın payına düşür.
Qaz kəmərinin tikintisinin qiyməti $7 mlrd. dəyərində qiymətləndirilir.
“Trans Anadolu Pipeline” qaz kəməri Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Nəzərdə tutulduğu kimi, Azərbaycan qazının Türkiyə ərazisindən tranziti üçün yeni qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcək: 10 mlrd. kubmetr - Avropa və 6 mlrd. kubmetr - Türkiyənin qərb regionları üçün.
“Şahdəniz” yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin ilin oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları: “BP” (operator – 25,5%), “Statoil” (25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), “LUKoil” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-2”-nin dəyəri $20 mlrd. məbləğində qiymətləndirilir. İllik hasilat həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. “Mərhələ-2” üzrə qaz hasilatı 2017-ci ildə nəzərdə tutulub.