Gənclər və idman naziri Azad Rəhimov bəyan edib ki, Bakı Şərq və Qərb arasında bağlayıcı vasitə olmalıdır.
“Bu gün burada Böyük İpək Yolunun keçdiyi 27 ölkənin nümayəndələri yığışıb. Hər ölkədən təxminən 20 nəfər gəlib, onların arasında istedadlı gənclərin nümayəndələri, gənclər siyasəti ilə məşğul olan siyasi xadimlər və nazirlər var”, - deyə gənclər və idman naziri Azad Rəhimov çərşınbə günü Bakıda keçirilən birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı çərçivəsində jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, Bakı Şərq və Qərbi, müsəlman və xristianları birləşdirlən şəhərdir. “Şəhərimiz Böyük İpək Yolunun mərkəzində yerləşir. Məhz bu səbəbdən hesab edirik ki, Bakı bağlayıcı vasitə olmalıdır. Bizim məqsədimiz – müxtəlif ölkələrin nümayəndələrinin təcrübələri ilə bölüşə biləcəyi və maraqlı təşəbbüs və təkliflərlə çıxış edə biləcəkləri platforma yaratmaqdır”, - deyə nazir bildirib.
Konqresin açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov həmçinin qeyd edib ki, bu tədbir dünyada sülhün bərqərar olması, təhlükəsizlik və inkişaf imkanları və yeni çağırışlar nöqteyi-nəzərindən mühüm zamanda keçirilir.
“Eyni zamanda biz biz gündəlik həyatımızda qloballaşdırmanın verdiyi imkanları anlamalı və istifadə etməliyik”, - deyə E.Aslanov bildirib.
“Bu gün gənclər siyasəti dövlət siyasətinin ayrılmaz hissəsi olub. Azərbaycan gəncləri ictimai həyyatın bütün sahələrində fəal iştirak edir, siyasi, iqtisadi, humanitar və sosial layihələrin reallşamasında vacib rol oynayır. Ölkədə gənclər üçün geniş imkanlar yaradılıb, cəmiyyətin bu təbəqəsi onun avanqardı olub. Dövlət gənclər siyasəti gənclərin bilik və bacarıqlarının reallaşmasına yardım edir, cəmiyyətdə layiqli yer tutmaqdan ötrü şərait yaratmaq üçün zəngin potensiala malik olan gənclərin səmərəli irəliləyişini təmin edir”, - deyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.