Şamaxı rayonu ərazisində dörd avtonəqliyyat vasitəsinin toqquşması beş insanın ölümü ilə nəticələnib.
“İnterfaks -Azərbaycan”agentliyinə DİN Baş Dövlət Yol Polisi İdarəsindən bildirildiyi kimi,çərşənbə günü səhər saatlarında yük maşını eyni istiqamətdə hərəkət edən digər yük maşınına çırpılıb və aşıb.Onun arxasınca gələn üçüncü yük maşını kəskin ötmə manevri etməli olub və “VAZ-2106” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və dörd sərnişini həlak olub.
Faktla bağlı təhqiqat aparılır.