Portuqaliya Azərbaycanla hərtərəfli əməkdalığın möhkəmlənməsində maraqlıdır və bununla əlaqədar yaxın gələcəkdə Bakıda səfirlik açmaq niyyətindədir.Porrtuqaliya XİN başçısı Paulu Portaş Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdə belə bəyan edib.
Azərbaycanın rəsmi mətbuat orqanlarının xəbər verdiyi kimi,çərşənbə günü Bakıda keçirilən görüşdə P.Portaş öz ölkəsinin siyasi, iqtisadi, kənd təsərrüfatı və turizm sahələrində Azərbaycanla əməkdalığa maraqlı olduğunu bildirib.
Prezident İlham Əliyev öz növbəsində iki ölkə arasında möhkəm tərəfdaşlığın qurulması üçün böyük potensial olduğunu qeyd edib.
Tərəflər Qarabağ münaqişəsinin nizamlanması , Avropa İttifaqi ilə əməkdaşlıq və bir sıra digər məsələləri də müzakirə ediblər.