Azərbaycanın Nazirlər Kabineti “Elektron hökumət” (E-hökümət – İF-Az) portalında normativ hüquqi aktların layihələrinin yerləşdirilməsi qaydalarını təsdiq edib. Bu barədə hökümətin saytında dərc edilən müvafiq fərmanın mətnində qeyd olunur.
Fərmana əsasən, E-hökümət portalında hökümətin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələri yerləşdirilməlidir.
Qaydalara əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bir ay müddətində normativ hüquqi aktların layihələrinin “E-hökümət” portalında yerləşdirilməsi üçün zəruri olan texniki imkanları təmin etməlidir.