Estoniya parlamentinin spikeri Ene Erqmanın Bakıya rəsmi səfərinin gedişində dövlətlərarası əlaqələrin dərinləşdirilməsi məsələləri, Azərbaycan-Estoniya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin rolu müzakirə olunacaq.
Milli Məclisdən "İnterfaks-Azərbaycan" agentliyinə bildirilib ki, E.Erqma Bakıya çərşənbə günü axşam gələcək, onun səfərinin rəsmi hissəsi isə cümə axşamı səhər saatlarında Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq.
Planlaşdırılır ki, həmin gün E.Erqma Milli Məclisin spikeri Oqtay Əsədov, baş nazir Artur Rasizadə ilə görüşlər keçirəcək, həmçinin Xarici İşlər Nazirliyində və Milli Elmlər Akademiyasında görüşlər təşkil olunacaq.
Bundan başqa, E.Erqma 28 iyun-1 iyul tarixlərində Bakıda keçiriləcək 23-cü Crans Montana forumunda iştirak edəcək.