İyunun 29-da Azərbaycan Akademik Milli Dram Teatrında dramaturq H.Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilmiş ”Gəncə qapıları ” tamaşasının premyerası olacaq.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə teatrdan məlumat verilib.
Tamaşanın əsasında tarixi faktlar dayanır. 1139-cu ildə gürcü çarı I Demetri qədim Gəncəni tamamilə dağıdan zəlzələdən istifadə edərək şəhəri işğal edib və bir neçə ton ağırlığı olan şəhər qapılarını aparıb.Kustar sənətin bu sah əsəri Şəddadilər sülaləsi zamanında tökmə dəmirdən hazırlanıb.Qapılar ön tərəfdən çekanka-qabartma ornamentləri və naxışlarla bəzədilib.
Bizim eraya qədər Kelati monastrının divarlarına bərkidilmiş məşhur qapıların yalnız bir tayı gəlib çatıb.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Bəhmən Osmanov, quruluşçu rəssamı Tatarıstandan dəvət edilən Sergey Skomoroxovdur.Tamaşaya Rüfət Xəlilov musiqi bəstələyib.
Cavadxan rolunu respublikanın əməkdar artisti Kazım Abdullayev ifa edir.Tamaşada xalq artistləri Hacı İsmayılov ( Məmməd xan rolunda) Rafik Əzimov (Hacı Məlik) da rol alıb.
Həmçinin aktyorlardan Abbas Qəhrəmanov, Mətanət Atakişiyeva , Elnar Qarayev ,Elxan Quliyev, Pərviz Bağırov, Mirzə Ağabəyli, Elçin Əhmədov və başqaları iştirak edirlər.