Azərbaycanın istedadlı gəncləri 23-30 avqust tarixlərində “Kompüter və Mən” Beynəlxalq Festivalında iştirak edəcəklər. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
12-17 yaş təbəqələri arasında 30 istedadlı gənc Rusiyanın Tver şəhərinə yola düşəcək.
İnformasiya texnologiyaları Beynəlxalq düşərgəsində təşkil olunacaq festival Tver Şəhər Duması, Tver Şəhər Adminstrasiyası, “Rus dünyası” Fondu və “Uşaq istirahətinə dəstək” Tver regional ictimai təşkilatı tərəfindən həyata keçirilir.
Festivalın məqsədi beynəlxalq aləmdə qardaşlaşmış şəhərlər arasında mədəniyyət və informasiya texnologiyaları sahəsində əməkdaşlığın və millətlərarası dostluq və həmrəyləyin artırılmasına yönəldilib.