Azərbaycan və Rusiyanın qarşılıqlı münasibətləri müasir mərhələdə sabit vəziyyətdədir və yüksələn xəttlə ardıcıl surətdə inkişaf edir. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bəyan edib.
“Bizim əlaqələrimiz ayrı sahədə əməkdaşlıqla məhdudlaşmır, onlar hərtərəfli, çoxplanlıdır və praktiki olaraq həyatın bütün sahələrini əhatə edir. Azərbaycan-Rusiya münasibətləri açıqlıq, səmimilik, yüksək səviyyəli etimadla və qarşılıqlı anlaşma ilə xarakterizə olunur. Dövlət başçıları səviyyəsində siyasi əlaqələrin yüksək dərəcəsi mövcuddur, daimi qarşılıqlı səfərlər həyata keçirilir. Bu gün Azərbaycan və Rusiya – strateji tərəfdaşlardır”, - deyə o çümə axşamı Bakıda III Rusiya-Azərbaycan regionlararası forumun açılışında bildirib.
O qeyd edib ki, son illər ərzində hər iki tərəf üçün mühüm məsələlər üzrə optimal, qarşılıqlı qəbul ediləcək və sərfəli həll tapılıb. “Dövlət sərhədi haqıında Müqavilə bağlanıb, transsərhəd çay olan Samurun mühafizəsi və səmərəli istifadəsi məsələsi həll edilib, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə vəziyyət nizama salınıb. Həmçinin qeyd etmək istərdim ki, faktiki olaraq Moskva, Bakı və Astananın Xəzərin statusuna dair mövqelərində yaxınlaşma prosesi başa çatıb, bu isə perspektivdə bütün Xəzəryani dövlətlər arasında konsensusa nail olmağı təmin edə bilər”, - deyə R.Mehdiyev bildirib.
İqtisadi əməkdaşlığa toxunaraq R.Mehdiyev vurğulayıb ki, Rusiya Azərbaycanın ən əsas ticarət tərəfdaşlarından olaraq qalır.
“MDB ölkələri ilə mal dövriyyəmizin 50%-dən çoxu Rusiyanın payına düşür. Ötən il iki ölkə arasında mal dövriyyəsi $2,828 mlrd. təşkil edərək rekord həddə çatıb, 2010-cu il ilə müqayisədə onun həcmi 47,4% artıb. Qarşılıqlı münasibətlərimizin bütün tarixi boyu bu cür nəticələr əldə edilməyib”, - deyə o bildirib.
Azərbaycan sabit iqtisadi artım şəraitində xarici və transmilli şirkətlər tərəfindən miqyaslı layihələrin reallşamsı üçün cəlbedici olur. Hazırda respublika ərazisində Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət göstərir. Onlardan 219 – yüzfaizli Rusiya kapitalı ilə, 149 – birgə müəssisə, 89 – nümayəndəlik və filiallardır. “LUKoyl” ən iri neft şirkəti, “Baltika”pivə şirkəti, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank VTB” ASC və bir çoxları bura daxildir”, - deyə Prezidenti Administrasiyasının rəhbəri vurğulayıb.
O, həmçinin rusların ölkənin ictimai-siyasi həyatında mühüm yer tutduqlarını qeyd edib. “Hazırda Azərbaycanda 120 mindən artıq rus yaşayır. Qeyd etmək istərdim ki, bu Cənubi Qafqazda etnik eyniliyi, mədəniyyəti, dil və din xüsusiyyətlərini qoruyan ən böyük rus diasporudur. Respublikada digər millətlər kimi rusların da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam inteqrasiya etmələri üçün bütün şərait yaradılıb”, - deyə R.Mehdiyev vurğulayıb.
“Müstəqillik illərində Azərbaycanda rus dilinin tətbiqi sahəsi daralmaylıb, əksinə - o ictimai həyatın təxminən bütün sahələrində mövqeyini qoruyub. Bu gün 20-dən artıq ümumi təhsil məktəblərinin şagirdləri rus dilində tam orta təhsil almaq imkanına malikdirlər, 327 məktəbdə isə dərslər Azərbaycan və rus dillərində keçirilir. Ölkənin prartiki olaraq bütün dövlət və qismən özəl ali məktəblərində 16 mindən artıq tələbənin rus dilində ali təhsil aldıqları fakultə və sektorlar fəaliyyət göstərir. Həmçinin bu tələbələr rus kadrlarının hazırlanması üzrə Bakı Slavyan Universitetində, həmçinin dünyada məşhur M.V Lomonosov adına Moskva Dövlət Universitetinin filialında təhsil alırlar”, - deyə Prezidenti Administrasiyasının rəhbəri bildirib.
“Azərbaycanda “İnterfaks”, “İTAR-TASS” və RİA “Novosti” kimi Rusiyanın iri informasiya agentliklərinin nümayəndəlikləri fəaliyyət göstərir. 50-dən artıq qəzet və jurnal rus dilində nəşr edilir, bu isə Sovet dpvrünün statistikası ilə müqayisədə bir neçə dəfə çoxdur. Bütün qeyd edilən faktlar Azərbaycan hökümətinin respyublikada rusdilli mühitin qorunması və inkişafına, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi və genişlənməsinə necə böyük önəm verdiyini sübut edir”, - deyə o bildirib.
R.Mehdiyev həmçinin Rusiyanın regionlarının Azərbaycan Respublikası ilə geniş əməkdaşlığını xüsusi qeyd edib. O vurğulayıb ki, indiyədək RF subyektləri ilə təxminən 30 hökümətlərarası saziş imzalanıb.