Son 10 il ərzində Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına $570 mln. investisiya qoyublar.Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev cümə axşamı Bakıda Rusiya -Azərbaycan üçüncü regionlararası forumunun açılış mərasimində çıxış edərkən belə söyləyib.
“Azərbaycan- Rusiya ticarət-iqtisdi əlaqələri fəal inkişaf edir.2011-ci ilin yekunlarına əsasən, Rusiya Azərbaycanın üç aparıcı ticari tərəfdaşından biridir”,-deyə Ş.Mustafayev qeyd edib.
Onun sözlərinə görə,Azərbaycan və Rusiya şirkətləri hər iki ölkənin iqtisadiyyatını fəal surətdə investisiyalaşdırır.
“Son 10 il ərzində Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına $570 mln məbləğində investisiya yatırıb.Azərbaycanda 2004-2011-ci illər ərzində Rusiya kapitalı ilə 261 şirkət qeydə alınıb.Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına son illərdə yatırdığı investisiyaların ümumi həcmi $400 mln. təşkil edib”- deyə o vurğulayıb.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsi və dərinləşməsi üçün möhkəm müqavilə hüquq bazası mövcuddur, tərəflər arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün 100-dən artıq sənəd imzalanıb.