Rabirə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) informaiya təhlükəsizliyi üzrə konsepsiya hazırlayır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cümə axşamı Bakıda keçirilən Azərbaycan və Estoniya arasında ticarət –iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın I iclasında belə söyləyib.
“Biz konsepsiya üzərində işləyirik. Yeri gəlmişkən, konsepsiya çərçivəsində bir sıra strukturlarıln yaradılması nəzərdə tutulur”,- deyə Ə .Abbasov qeyd edib.
Onun dediyinə görə,son vaxtlar Azərbaycanın internet məkanına haker hücumları artıb.
Estoniya tərəfindən həmsədr,iqtisadi əlaqələr və rabitə naziri Yuxan Parts qeyd edib ki, bu məsələlərin həlli üçün birgə səy göstərmək lazımdır.”Ekspertlər səviyyəsində görüşlər təşkil etmək lazımdır”,- deyə o əlavə edib.
O həmçinin, “Elektron Hökumət” layihəsinin reallaşdırılmasını yüksək qiymətləndirib və bu sahədə Estoniyanın təcrübəsindən istifadə etməyi təklif edib.
İclas çərçivəsində Ə.Abbasov Estoniya tərəfinə Trans-Avrasiya Super İnformasiya Magistralının yaradılması (TASM) layihəsində operator və investor qismində iştirak etməyi təklif edib.
TASM layihəsi müasir texnologiyaları tətbiq etməklə qlobal internet magistrallara girişin təmin edilməsi ,Qərb və Şərq arasında informasiya axınının qısa yolla təşkili, informasiya texnologiyaları və resurslarına sadələşdirilmiş giriş məqsədi daşıyır.
BMT-nin Baş Assambleyasının qətnaməsi əsasında Azərbaycan layihənin realladırılması üçün operator təyin edilib.