Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sərinləşdirici içkilər və süd məhsullarının qanunsuz istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxsləri aşkar edib. Bu barədə Komitədən məlumat verilib.
Xüsusilə “Hilal Group” MMC və “Aslan” MMC-nin, fiziki şəxslər Rauf Novruzov, Gülbala Qasımzadə, Yusif Əliyevin istehsal etdikləri məhsullarda pozuntular aşkar edilib.
Aşkar edilən pozuntularla əlaqədar sərinləşdirici içkilər istehsal edən “Hilal Group” MMC və “Aslan” MMC-yə, fiziki şəxs R.Novruzova içməli suyun istehsalı və satışını qadağan edən tələbnamə verilib.
Analoji tələbnamə 20% yağlılıqda xamanın və pəhriz kəsmiyinin istehsalı və satışı ilə məşğul olan fiziki şəxslər G.Qasımzadə və Y.Əliyevə göndərilib”, - deyə məlumatda bildirilir.