2009-cu ildə Montrö Beynəlxalq Caz festivalının qalibi 22 yaşlı İsfar Sarabski Berlində iki konsert verib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Konsertdə Sarabski Makar Novikov (bass) və Alexandr Maşinin (zərb) müşayiəti ilə çıxış edib.
İsfarın triosu “Yay Cazı” və “Siyasət” adlı konsertlə çıxış edib.
Tamaşaçılar İsfarın ifasında Qərb caz kompozisiyalarını və muğam-caz parçalarını dinləyiblər.