Gənclər və idman naziri Azad Rəhimov hindistanlı həmkarı Acay Maken ilə gənclər siyasəti və idman sahəsində layihələri müzakirə edib.Bu barədə cümə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verir
Bakıda keçirilən görüş zamanı tərəflər ölkələr arasında gənclər siyasəti və idman sahəsində əməkdsaşlıq barədə əldə edilmiş razılaşmanın əhəmiyyətini qeyd ediblər.
“Hindistanda şahmat oyunu çox inkişaf edib.Azərbaycanda da bu idman oyununa böyük diqqət ayrılır, bizim qrassmestrlərimizin davamlıı uğurları bizi sevindirir”,- deyə A.Rəhimov söyləyib.
Nazir həmçinin qeid edib ki, Küveyt . Bolqarıstan, Avstriya, Yunanıstan tələbələri arasında həyata keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” layihəsi hindistanlı tələbələr üçün də maraqlı ola bilər.