Azərbaycan Parlamenti “Ozon qatını məhv edən maddələr haqqında” Monreal Protokolunu, eləcə də Qırğızıstan, Bolqarıstan Hindistan , Makedoniya, Ukrayna ilə bir neçə dövlətlərarası və hökumətlərarası sənədi ratifikasiya edib.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Milli Məclis cümə günü keçirilən plenar iclasında həmçinin, Azərbaycan və Qırğızıstan prezidentlərinin bəyanatlarını,iki ölkənin hökumətləri arasında vergi qanunvericiliyi məsələlərinə əməl edilməsi üzrə əməkdaşlıq və qarşılıqlı yardım barədə , mülki müdafiə, fövqəlada hallar barədə xəbərdarlıq və onların aradan qaldırılmasında əməkdaşlıq barədə sənədləri ratifikasiya edib.
Bundan başqa, Bolqarıstanla cinayətkarlıqla mübarizə və fövqəladə hallarda əməkdaşlıq barədə iki hökumətlərarası saziş ratifikasiya edilib.Parlament Hindistanla hava rabitəsi, Makedoniya ilə əməkdaşlıq və gömrük işində qarşılıqlı yardım, Ukrayna ilə rabitə sahəsində əməkdaşlıq barədə sənədləri də təsdiqləyib .