Belarusun 80-dən çox şirkəti Azərbaycan şirkətlərinə əməkdaşlıq əlaqələri qurmağı təklif edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
Belarus şirkətləri azərbaycanlı iş adamları ilə qida məhsulları, məişət texnikası, dəmir yolları üçün avadanlıq istehsalı, yüngül sənaye, kimya və neft-kimya sənayesi, emal, maşınqayırma, tibbi xidmətlər və İKT sahəsində əməkdaşlıqda maraqlıdır.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.