Rusiyanın Qəbələ RLS-dən mümkün imtinası nə Moskva, nə də Bakıyın xeyrinə olmayacaq. Bu barədə Rusiyanın Siyasi Konyuktura Mərkəzinin baş direktoru Sergey Mixeyev bəyan edib.
“Rusiyanın Qəbələ RLS-dən getməsi nə Rusiya, nə də Azərbaycana faydalı olacaq, bundan üçüncü ölkələr udacaq”, - deyə o cümə günü Bakıda mətbuat konfransında bildirib.
Ekspertin sözlərinə görə, Qəbələ RLS-dən imtina Rusiya üçün müəyyən zaman problemlər yaradacaq. “Lakin, buna pul xərcləməli olacağımıza baxmayaraq biz bu problemləri həll edəcəyik”, - deyə S.Mixeyev bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın Qəbələ RLS-in icarə haqqının artırılması üzrə təşəbbüsü uğursuz olub, çünki “bu stansiya Rusiyaya səmərəli təzyiq vasitəsi deyil”.
Qəbələ RLS üzrə danışıqların birinci raundu 2012-ci ildə baş tutub. Danışıqlarda Rusiya tərəfini Müdafiə Naziri Anatoli Serdyukov, Azərbaycan tərəfini baş nazirin müavini Yaqub Eyubov təmsil edib.
Danışıqların davam etdirilməsi üzrə mayda təşkil olunmuş ikinci raundda Rusiya Federasiyasını müdafiə nazirinin müavini Anatoli Antonov təmsil edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Daryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
Xəbər verildiyi kimi, RF-nin müdafiə naziri Anatoli Serdyukov 2011-ci ilin iyul ayında Bakıda keçirilən danışıqlarda Qəbələ RLS–in icarəsi barədə yeni müqavilənin işlənib hazırlanması barədə razılığa gəlib.
Ekspertlərin qiymətləndirməsinə görə,Qəbələ RLS Rusiya RƏM sisteminin vacib elementidir. stansiya cənub istiqamətindən ehtimal olunan hər hansı raket zərbələri barədə öncədən xəbərdarlığı təmin edir.Rusiya ABŞ-a Qəbələ RLS-dən RƏM maraqları əsasında birgə istifadə etmək təklifi verib.
RF-nin Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsinin məlumatına əsasən Y.Eyubov və A.Serdyukov arasında baş tutan danışıqlar zamanı müvafiq ikitərəfli sənədin hazırlanması və vaxtında imzalanması məqsədi ilə sözügedən məsələylə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə edilib.
Daha əvvəl 2011-ci ilin noyabr ayında A.Serdyukov bəyan edib ki,Rusiya Qəbələ RLS–i tamamilə yenidən qurmağı planlaşdırır.