“Unibank” bankomatları vasitəsi ilə kredit borclarını ödəməyə imkan verən sistem tətbiq edilib.
Bankın məlumatına əsasən,bütün plastik kart sahibləri kreditlər üzrə müntəzəm ödəniş etmək imkanı əldə ediblər.Kreditlərin ödənməsi üzrə əməliyyatlar dərhal kartın balansında əks olunur.
“Bu sistem “Unibank” müştərilərinə müsbət kredit tarixçəsi formalaşdırmağa imkan verir.İndi onlar kredit borclarını özləri üçün uyğun olan istənilən vaxtda bankın filiallarında kassalar qarşısında, gözləmədən həyata keçirə bilərlər. Bununla yanaşı, borcların ödənməsi üçün bankomatlar vasitəsi ilə heç bir əlavə komissiya tutulmur ”- deyə məlumatda bildirilir.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb. Bankın nizamnamə kapitalında 76,52% 9 fiziki şəxsə, 15,15% - AYİB, 8,33% - DEG şirkətinə məxsusdur.