Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva Qarabağ münaqişəsinə dair forumda iştirak etmək üçün Moskvaya səfər edəcək.
Bazar ertəsi SAM-dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, müzakirələr Rusiya – ABŞ Dartmut Konfransı çərçivəsində təşkil olunan beynəlxalq müşavirədə aparılacaq.
Konfrans 2 - 5 iyul tarixlərində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun və Strateji və Siyasi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.