Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik maddə alverində şübhəli bilinən 6 nəfər və 34 narkoman saxlanılıb. Bu barədə cümə günü "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkomanlardan ümumi çəkisi 17,95 qrama bərabər olan marixuana, 8,48 qram tiryək, 6,582 qram heroin,9, 75 qram həşiş götürülüb.
Narkotik alverində şübhəli bilinən şəxslərdən ümumilikdə 20,871 kq. marixuana, 17,850 kq. çətənə müsadirə edilib.
Bundan başqa,DİN əməkdaşları ümumi çəkisi 36,033 tona bıərabər olan yabanı çətənə kolu aşkarlayıb və məhv edib.