SOCAR (Dövlət Neft Şirkəti, ARDNŞ) 2012-ci ilin I yarısında Bakı-Novorossiysk neft kəməri ilə 985,405 min ton neft ixrac edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 9,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bundan başqa, iyun ayında şirkət şimal boru kəməri ilə 164,662 min ton neft ixrac edib. Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk boru kəməri ilə nəql edir.
SOCAR 2011-ci ildə 1 mln. 988,429 min ton neft ixrac edib.
2012-ci ildə bu kəmərlə 1,7 mln. ton neftin ixracı planlaşdırılır.