Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2011-ci il ərzində büdcəsinin icrasını təsdiq edib.
Fondun 2011-ci il ərzində büdcəsinin icrası mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.
Sənədə əsasən, ARDNF-in 2011-ci ildə gəlirləri 15 mlrd. 628 mln. 352,8 min manat təşkil edib.
Gəlirlər strukturunda gəlirli neftin satışından daxiolmalar 15 mlrd. 257 mln. 481,1 min manat təşkil edib.
Bundan başqa, Mərhələ-1 çərçivəsində “Şahdəniz” yatağından satılan qazın qiymətinin dəyişilməsindən daxilolmalar 101,666 mln. manat, Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin işlənməsindən dividentlər – 66 mln. 784,1 min manat, akrhesabı ödəmələr – 1 mln. 346,4 min manat, Azərbaycan ərazisindən neft və qaz tranzitindən gəlirlər – 176 mln. 431,2 min manat, digər gəlirlər – 1 mln. 411,5 min manat təşkil edib.
Bundan əlavə, 2011-ci il ərzində neft müqavilələrinin imzalanması və ya reallaşdırılması ilə əlaqədar bonuslar şəklində gəlirlər 15,73 mln. manat təşkil edib.
2011-ci ildə ARDNF-in xərcləri 9 mlrd. 606, 595.4 min manat təşkil edib.
Xərclər strukturunda Azərbaycan dövlət büdcəsinə transfertlər 9 mlrd. manat təşkil edib.
Bundan başqa, qaçqınların və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına tədbirlərin maliyyələşdirilməsinə 139,974 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidənqurulmasına – 199 mln. 998,3 min manat, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi layihəsinə - 161 mln.926,1 min manat, Bakı-Oğuz-Qəbələ su boru kəmərinin çəkilməsinə - 32 mln. 567,3 min manat, fondun saxlanmasına – 57 mln. 130.3 min manat yönəldilib.
Qalan xərclər digər maddələrin üzərinə düşüb.