“Azərbaycan Hava Yolları”QSC (AZAL) iyulun 3-dən Bakı-Təbriz- Bakı marşrutu üzrə birbaşa reyslərə başlayıb. Bu barədə cəmiyyətin saytında məlumat verilir.
Cəmiyyətin məlumatına əsasən, reyslər ciddi xarakter daşıyır və noyabrın 27-nə qədər davam etdiriləcək. Reyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Hər iki istiqamətdə bir biletin minimal qiyməti 190 manat təşkil edir.