Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Bakıda Argentinanın xarici işlər naziri Hektor Timermanla Cənubi Qafqaz, Latın Amerikası və Yaxın Şərq regionlarında vəziyyəti müzakirə edib. Bu barədə Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.
Görüşdə H.Timerman iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
E.Məmmədyarov Azərbaycanla Argentina arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin zəruriliyini qeyd edib və Bakıda keçirilən biznes forumda 300-ə yaxın argentinalı iş adamının iştirakının əhəmiyyətini vurğulayıb.
XİN başçısı qonağa Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, Ermənistan- Azərbaycan münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar barədə məlumat verib.