“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının reallaşdırılması çərçivəsində artıq 13 Gənclər evi tikilərək fəliyyət göstərir. Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü jurnalistlərə məlumat verib.
“2015-ci ilin sonuna qədər daha 10 Gənclər evinin tikintisini başa çatdırmaq planlaşdırılır. İl ərzində Dövlət Proqramının reallaşdırılması istiqamətində çox işlər görülüb. Gəclər Fondunun yaradılması çox mühüm hadisə olub və biz inanırıq ki, onun fəaliyyəti respublikanın gəclər mühitində baş verənlərə güclü təkan verəcək”, - deyə nazir bildirib.
A.Rəhimovun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində həmçinin dörd yeni vətənpərvərlik məzmununda televiziya layihələri hazırlanır.
“Ümumilikdə, Dövlət Proqramının reallaşdırılması qrafik üzrə davam etdirilir. Düşünürəm ki, biz bu proqramı gənclər üçün çevik, maraqlı və ən əsası - onlara xidmət edən hazırlaya biləcəyik”, - deyə nazir qeyd edib.