Iyulun 5-nə keçən gecə Bakı-Şamaxı yolunda baş verən qəza nəticəsində bir neçə nəfər həlak olub, bəziləri isə yaralanıb. Bu barədə
Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində Qobustan rayonu ərazisində “Mercedes” və “VAZ-21015” markalı minik avtomobilləri toqquşub.
Şəxsiyyətləri müəyyənləşdirilən, avtomobillərdə olan beş nəfərdən dördü hadisə yerində həlak olub.
Ümumilikdə, mətbuatın məlumatına görə, bu gecə ərzində yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər həlak olub, 20-dən artıq xəsarət alıb.