İndiyə qədər Azərbaycanda mina və hərbi sursat partlayışından 520 nəfər həlak olub, daha 1,84 min nəfər xəsarət alıb. Bu barədə ölkənin baş nazirinin müavini Abid Şərifov çümə axşamı Bakıda ANAMA və NATO-nun birgə təşkilatçılığı ilə həyata keçirilən Ceyrançöl layihəsinin təqdimatında məlumat verib.
Onun sözlərinə görə, ən təhlükəli minalanmış ərazi – SSRİ illərində iri hərbi sursat anbarları yerləşən Gürcüstanla sərhəddir.
O Türkiyənin rəhbərliyi altında reallşadırılan “Saloğlu” layihəsini yüksək qiymətləndirib.
Ceyrançöl layihəsi 3,9 mln. avro məbləğində qiymətləndirilir, Azərbaycan tərəfi layihənin yarısını maliyyələşdirir. Layihə çərçivəsində 64 mln. kvadrat metr ərazi minalardan təmizlənəcək. 1955-1991-ci illərdə poliqonda müxtəlif növdə tank və top güllələri, aviasiya bombaları və s. yerləşdirilib”, - deyə A.Şərifov bəyan edib.
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay məlumat verib ki, layihə öncəkilərdən daha artıq təhlükəsizlik tədbirləri tələb edir.
“Mövcud avadanlığın və yüksək ixtisaslı kadrların olduğu halda əminəm ki, layihə uğurla reallaşacaq. Biz istəmirik ki, NATO-nun gəlib işini gördüyü və getdiyini düşünsünlər. İstəyirik ki, insanlar sülh şəraitində yaşasın və itirilən həyatlar görmək istəmirik”, - deyə o bildirib.
Ceyrançöl layihəsi çərçivəsində Azərbaycan-Gürcüstan sərhədinin qərb hissəsinin minalardan təmizlənməsi nəzərdə tutulur. Layihə 2011-ci oktyabrın 4-də NATO tərəfindən təsdiq edilib.