UNİCEF uşaq əlilliyinin aşkarlanması və ilkin mərhələdə qarşısının alınmasına dəstək aksiyası keçirir.Bu barədə UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard məlumat verib.
“ Anadangəlmə əlillik təəsüf ki, nadir hadisə deyil.Azərbaycanda təxminən 60 min əlil uşaq qeydə alınıb”,- deyə o söyləyib.
Onun sözlərinə görə,UNİCEF dövlət strukturları ilə müntəzəm və fəal əməkdaşlıq edir, indi isə artıq özəl strukturlarla da əməkdaşlığa başlanılıb.
“Sevindirici haldır ki, biz özəl sektorla da əməkdaşlıq edirik, MDB ölkələri arasında Azərbaycan UNİCEF-in bu cür əməkdaşlıq etdiyi ilk ölkədir .”Azərsun” şirkəti 25 min manat ayıraraq bizim layihəmizi maliyyələşdirməyə razılıq verib, eləcə də öz kağız məhsulları üzərində bizim loqotipimizi və uşaq əlilliy barədə məlumat yerləşdirib”,- deyə M.Herevard bildirib.