Rusiyada Azərbaycan vətəndaşlarının iştirakı ilə baş verən insidentləri millətlərarası münasibət kimi təqdim etmək düzgün deyil”. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov belə deyib.
“Bunu (Rusiyada azərbaycanlıların iştirakı ilə baş verən insidentləri –İF-Az) millətlərarası münaqişə kimi təqdim etmək düzgün deyil”- deyə N.İbrahimov cümə axşamı jurnalistlərə bu günlərdə Yaroslavl şəhərində hərbiçilərlə azərvbaycanlılar arasında baş vermiş atışmaya dair şərh verərkən söyləyib.
Onun sözlərinə görə,Rusiyada 2,5 mln.-dan çox azərbaycanlının yaşafdığını nəzərə alsaq belə insidentlərin baş verməsi təbii haldır.” Rusiyada 2,5 milyondan çox azərbaycanlı yaşayır: Məlumatlara görə, hətta Moskvada ətrafı ilə birlikdə 1 milyondan artıq azərbaycanlı yaşayır. Yəni Rusiyanın azərbaycanlılar yaşayan şəhər və regionlarında onlarla bağlı müəyyən hadisələr ,həmçinin bədbəxt hadisələr baş verə bilər.Sözsüz ki. bu bizi məyus edir.Bu hadisələr bizim diqqətimizdədir. və onların mahiyyətini öyrənirik”,- deyə o qeyd edib.
Rusiya KİV-lərinin məlumatına əsasən, bazar ertəsinə keçən gecə Yaroslavl vilayətinin Borisoqlebsk rayonunda azərbaycanlı qrupla iki rusiyalı arasındakı atışmada beş nəfər yaralanıb.
Azərbaycanlılar yüksək səslə musiqiyə qulaq asarkən , iki yoldaşı ilə oarada dincələn hərbçi musiqinin səsini azaltmağı xahiş edib.Xahişə məhəl qoyulmadığını görən hərbçi pnevmatik tapançadan atəş açıb.Nəticədə üç azərbaycanlı yaralanıb.