2012-ci ilin 6 ayı ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsi (DRİ) tərəfindən 723 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Radioelektron vasitələr 302 təşkilat, müəssisə və şirkətdə texniki baxış zamanı aşkarlanıb.
“Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 723 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 274 ədədi möhürlənib, 1 ədədi silinib, 143 ədədi qeydiyyata salınıb, 305 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür”, - deyə məlumatda vurğulanır.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 37 protokol yazılıb.